Bəy toyu günü bıçaqlandı.
Bakıvaxtı.az xəbər verir ki, hadisə İsmayıllı rayonunun Talıstan kəndində qeydə alınıb. Toy günü, gecə saatlarında bəy, 20 yaşlı Səid İsayev və və bir neçə şəxs mübahisə edib. Bıçaqlanma hadisəsi də mübahisədən sonra olub.
Hadisə nəticəsində 20 yaşlı Səid İsayev, onun dayısı 49 yaşlı Rahil İsmayılov, 18 yaşlı Osman İsmayılov və 2008-ci il təvəllüdlü şəxs müxtəlif dərəcəli bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Bəyin dayısı və daha bir nəfərin vəziyyəti ağırdır.
Dörd nəfəri bıçaqlayan şəxsin 23 yaşlı Elşən Babayev olduğu müəyyən edilərək saxlanılıb.
Araşdırmanın nəticəsinə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcək.