• Bakı 15° C

    6.68 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Toydan çıxan 2 qadını maşın vurdu - Biri öldü - VİDEO

HADİSƏ

06 May 2024 | 09:52

Toydan çıxan 2 qadını maşın vurdu - Biri öldü - VİDEO

Bakıda ağır yol qəzası baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə dünən saat 22:40 radələrində Nizami rayonu ərazisində qeydə alınıb.

Belə ki, Cavad Ələkbərov idarə etdiyi “Kia” markalı avtomobillə “Altun” şadlıq sarayındakı toy mərasimindən çıxaraq yolu keçməyə çalışan 1961-ci il təvəllüdlü Gülarə Əfəndiyeva və 1959-cu il təvəllüdlü Kəmalə Bağırovanı vurub.

Ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə aparılan qadınlardan G.Əfəndiyeva az sonra vəfat edib. K.Bağırovanın müalicəsi davam etdirilir.

Faktla bağlı Nizami RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.


SON XƏBƏRLƏR

18 May 2024