• Bakı 20° C

    13.89 m/s

  • USD - 1.7

    EUR - 1.9888

    RUB - 2.0028

Tramp: Ola bilər Rusiya PUA-ları Polşaya yanlışlıqla keçib

DÜNYA

12 Sentyabr 2025 | 09:30

Tramp: Ola bilər Rusiya PUA-ları Polşaya yanlışlıqla keçib

Sentyabrın 10-na keçən gecə Ukraynaya kütləvi hücum zamanı Rusiyanın çoxsaylı pilotsuz təyyarələri Polşanın hava məkanını pozub. Pilotsuz təyyarələri vurmaq üçün NATO təyyarələrindən istifadə edilib.

Bakıvaxtı.az xəbər verir ki, “Clash Report”un məlumatına görə, ABŞ prezidenti Donald Tramp bunun yanlışlıqla baş verə biləcəyini istisna etməyib.

"Ola bilər ki, bu, səhv olub. Amma bundan asılı olmayaraq, bu vəziyyətlə bağlı heç nədən razı deyiləm", - Tramp deyib.

Tramp həmçinin bu müharibənin tezliklər bitəcəyinə ümid etdiyini bildirib.


SON XƏBƏRLƏR

11 Sentyabr 2025