• Bakı C

    4.03 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

Tramp-Putin görüşü olacaq? - Rusiyaya böyük güzəştlərə gedilməyəcək

DÜNYA

26 Dekabr 2024 | 10:59

Tramp-Putin görüşü olacaq? - Rusiyaya böyük güzəştlərə gedilməyəcək

“Donald Trampın Co Bayden adminstrasiyasından fərqli siyasət yürütməyə çalışacağı hamıya məlumdur”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Həsrət Rüstəmov deyib.

Ekspertin sözlərinə görə, sadəcə bir şeyi də hamı bilməlidir ki, Tramp ABŞ prezidenti kimi Putinin və Rusiyanın maraqlarına xidmət etməyəcək:

"Əksinə, bu müharibədən həm ABŞ-nin, həm də Ukraynanın mümkün qədər qazanclı çıxmasına çalışacaq. Tramp biznesmendir, daha çox ölkəsinin iqtisadi çıxarlarını hesablayıb siyasət yürüdəcəyi təxmin ediləndir. Amma bu, heç bir halda Rusiyaya böyük güzəştlərə getməklə olmayacaq”.

Tpampla Putinin münaqişənin həlli ilə bağlı görüşünə gəlincə, müsahibimiz bu görüşün gələn ilin fevralından tez baş tutmayacağını hüsab edir:

“Çünki hər iki tərəfdən verilən açıqlamalardan belə görünür ki, görüşlə və müzakirə olunacaq məsələlərlə bağlı fikirlər hələ tam hazırlanıb başa çatdırılmayıb".

Həsrət Rüstəmov: Tramp Ukraynanın müharibədən mümkün qədər qazanclı çıxmasına çalışacaq

H.Rüstəmovun fikrincə, görüş baş tutsa əlbəttə ki, dünyada və bölgəmizdə baş verən bir çox hadisələrlə bağlı yeni bir dövrün başlanmasına şahid ola bilərik:

"Xüsusilə də Ukraynaya münasibətdə Rusiyanın mövqeyinin yumşalması, müəyyən şərtlər qarşılığında Ukraynanın ərazi bütövlüyünü tanıyacağının şahidi ola bilərik".

Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş örezidenti Donald Tramp Ukrayna münaqişəsinin həlli ilə bağlı Rusiya lideri Vladimir Putinlə görüşü səbirsizliklə gözlədiyini deyib. Trampın sözlərinə görə, Putin onunla tez zamanda görüşmək istədiyini söyləyib:

"Buna görə bunu gözləməliyik və bu müharibəni bitirməliyik”.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov da bildirib ki, bir neçə ölkə Moskvaya Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın mümkün görüşü üçün öz məkanlarını təklif edib:

"Nə qədər qəribə də olsa, biz artıq müxtəlif ölkələrdən bununla bağlı bir neçə təklif almışıq. Hadisələrin mümkün və ya qeyri-mümkün inkişafını əvvəlcədən təxmin etməmək üçün onların adlarını deməyəcəyəm. Amma belə təklif olub və indi də var”.

Aydın Baxış


SON XƏBƏRLƏR