• Bakı C

    13.51 m/s

  • USD - 1.7

    EUR - 1.7519

    RUB - 1.7036

Qalereyada yanğın: 13 avtomobil kül oldu

DÜNYA

25 Yanvar 2025 | 09:59

Qalereyada yanğın: 13 avtomobil kül oldu

Türkiyədə bir avtomobil qalereyasında  baş verən və başqa bir iş yerinə sıçrayan yanğında 13 avtomobil zərər görüb.  

Bakıvaxtı.az bu barədə Türkiyə mediasına istinadla xəbər verir.

Məlumata görə, avtomobil qalereyasında hələlik naməlum səbəbdən yanğın başlayıb.  

Qısa müddətdə böyüyən yanğın əvvəl avtomobilləri daha sonra isə avtomobil qalereyasının arxa tərəfində yerləşən avtomobil təmiri emalatxanasını əhatə edib.  

Hadisə yerinə çox sayda yanğınsöndürən və polis əməkdaşları cəlb olunub.  

Yanğın nəticəsində 10 avtomobil tamamilə yararsız vəziyyətə düşüb, 3 avtomobil isə zərər görüb.  

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR

04 Fevral 2025