Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, görüş Lavrovun Ankaraya rəsmi səfəri çərçivəsində baş tutacaq.
“Prezidentin bazar ertəsi planına Rusiya xarici işlər naziri Sergey Lavrovla görüş daxildir”, – Türkiyə liderinin ofisindən bildirilib.
Mina Mikayılova
















