• Bakı 26° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Makron Ərdoğanla danışdı

DÜNYA

24 Fevral 2025 | 09:26

Makron Ərdoğanla danışdı

Fransa prezidenti Emmanuel Makron bazar günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Almaniya kansleri Olaf Şolts, Britaniya baş naziri Key Starmer və Macarıstanın baş naziri Viktor Orbanla telefon danışığı aparıb.

Bakıvaxtı.az xəbər verir ki, Makron bu barədə X hesabında yazıb.

"Bir müddət əvvəl mən Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Avropa İttifaqı Şurasının prezidenti Antonio Kosta, Şolts, Starmer, Ərdoğan və Orbanla danışdım.Avropalı həmkarlar və müttəfiqlərlə son müzakirələrdən sonra biz Ukraynada sülhün bərpasına nail olmağa sadiqik", - Makron qeyd edib.

O vurğulayıb ki, nizamlanma ədalətli, davamlı və uzunmüddətli əsasda olmalıdır və qarşıdan gələn danışıqlar Avropanın təhlükəsizliyini gücləndirməlidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026