• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“Turan Tovuz”un Rumıniya klubu ilə oyunu təxirə salındı

İDMAN

09 Yanvar 2024 | 16:51

“Turan Tovuz”un Rumıniya klubu ilə oyunu təxirə salındı

Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan “Turan Tovuz”un bu gün keçirməli olduğu ilk yoxlama görüşü təxirə salınıb.

Bakıvaxtı.az-ın klubun mətbuat xidmətinə istinadən məlumatına görə, Rumıniyanın “Voluntari” komandası ilə qarşılaşma əlverişsiz hava şəraiti ilə əlaqədar bu gün baş tutmayacaq.

Tərəflər matçın yanvarın 10-da keçirilməsini razılaşdırıblar. “Topkapı Sport Center”in meydanında təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qeyd edək ki, “Turan Tovuz” yanvarın 15-də daha iki oyun keçirəcək. Komanda həmin gün Macarıstanın “Şiofok” və Özbəkistanın “Nasaf” kollektivləri ilə üz-üzə gələcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026