• Bakı 8° C

    11.82 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

"Neftçi"nin legioneri zədəsini sağaltdı

İDMAN

08 Fevral 2024 | 15:29

"Neftçi"nin legioneri zədəsini sağaltdı

"Neftçi"nin bir müddət əvvəl zədəli olan futbolçusu Kilan Lebon artıq komanda ilə məşqlərə qoşulub.

Bu barədə Bakıvaxtı.az-a "ağ-qaralar"ın mətbuat xidmətindən məlumat verilib.

Qapıçı İvan Brkiç hələ də müalicə prosesini davam etdirir. Onun nə vaxt məşqləri bərpa edəcəyi bir həftə sonra baş tutacaq müayinədən sonra müəyyənləşəcək.

Digər qolkiper Emil Balayev və Asiya Kubokunda zədələnən yarımmüdafiəçi Ataa Caberin müalicə və reabilitasiyası davam edir.

Qeyd edək ki, "Neftçi" fevralın 9-da Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda "Sumqayıt"ı qəbul edəcək. İlk matçda paytaxt klubu qələbə qazanıb - 3:2.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026