• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Galatasaray" Fernando Muslera ilə müqavilənin müddətini uzadır

İDMAN

09 Mart 2024 | 14:10

"Galatasaray" Fernando Muslera ilə müqavilənin müddətini uzadır

Türkiyənin "Qalatasaray" klubu əsas qapıçısı Fernando Muslera ilə müqavilənin müddətini uzatmağa çox yaxındır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məşhur insayder Nikolo Skira bildirib.

Onun sözlərinə görə, 37 yaşlı qolkiperin yeni sözləşməsi 2025-ci ilin yayınadək nəzərdə tutulacaq. Uruqvaylı oyunçunun hazırkı müqaviləsi yayda başa çatır.

Qeyd edək ki, 2011-ci ildən "Qalatasaray"da çıxış edən Muslera "sarı-qırmızılar"la 6 dəfə ölkə çempionu olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026