• Bakı 10° C

    6.94 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

İddiaçılar Turniri: Nicat Abasovdan heç-heçə 

İDMAN

08 Aprel 2024 | 09:17

İddiaçılar Turniri: Nicat Abasovdan heç-heçə

Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində növbəti görüşünə çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, 28 yaşlı qrossmeyster IV turda Fransa təmsilçisi Əlireza Firuzca ilə üz-üzə gəlib.

Ağ fiqurlarla oynayan Abasov rəqibi ilə heç-heçə edib - 0,5:0,5.

O, hazırda 1,5 xalla 4-8-ci yerləri bölüşdürür. Rusiyalı Yan Nepomnyaşi (FIDE) 3 xalla liderdir.

Qeyd edək ki, yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026