• Bakı 8° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

"Parisdə qızıl medal qazanmaq niyyətindəyəm" - Hacı Əliyev

İDMAN

07 Aprel 2024 | 20:38 | Müəllif: Subhan Mahmudov

"Parisdə qızıl medal qazanmaq niyyətindəyəm" - Hacı Əliyev

Bu qədər azarkeşin önündə qələbə qazandığım üçün çox sevincliyəm.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində finala yüksələrək “Paris-2024”ə lisenziya qazanan Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu, onun qazandığı üçüncü Olimpiya lisenziyasıdır. “Bu gün əldə etdiyim uğur idman karyeramda ən vacib hadisə oldu. Parisdə qızıl medal qazanmaq niyyətindəyəm. Dizlərimin zədəli olmasına baxmayaraq, sonadək güləşdim. Əslində, öz çıxışımdan çox da razı qalmadım, daha artığını edə bilərdim. Zədə hər idmançı üçün böyük problemdir. Əsas odur ki, qələbə qazana bildim”, - deyə o əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026