• Bakı 16° C

    4.11 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

"Mançester Yunayted" klub tarixinin antirekordunu təkrarlayıb

İDMAN

07 May 2024 | 14:46

Mançester Yunayted klub tarixinin antirekordunu təkrarlayıb

İngiltərənin “Mançester Yunayted” klubu tarixinin antirekordunu təkrarlayıb.

Bakıvaxtı.az  “Squawka”ya istinadən xəbər verir ki, Mançester təmsilçisi Premyer Liqanın 36-cı turunda “Kristal Pelas”a 0:4 hesabı ilə uduzub.

Bu, komandanın cari mövsümdə 13-cü məğlubiyyəti olub. Sözügedən nəticə klub tarixinin növbəti antirekordu kimi qeydə alınıb.

Premyer Liqa təmsilçisi həmçinin cari mövsüm qapısından ümumilikdə 81 qol buraxıb. Bu, mankunianların 1977-ci ildəki antirekordunun təkrarı olub. Həmin dönəmdə də komanda qapısından 81 qol buraxmışdı.

Qeyd edək ki, "Mançester Yunayted" hazırda 54 xalla Premyer Liqanın turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.


SON XƏBƏRLƏR

18 May 2024