• Bakı 16° C

    4.11 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

U-17 millimiz İnkişaf Turnirində son oyununa çıxıb

İDMAN

07 May 2024 | 14:42

U-17 millimiz İnkişaf Turnirində son oyununa çıxıb

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində bu gün sonuncu oyununu keçirib.

Bakıvaxtı.az xəbər verir ki, millimiz üçüncü matçında Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

ABFF Təlim-Məşq Mərkəzində baş tutan görüş Türkiyə kollektivinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, U-17 ilk iki matçında Belarus (1:3) və Qazaxıstan (2:2, penaltilərlə 1:4) kollektivlərinə məğlub olub. Türkiyə millisi isə həm Qazaxıstan (5:0), həm də Belarus (3:1) yığması üzərində qələbə qazanıb.


SON XƏBƏRLƏR

18 May 2024