• Bakı 16° C

    4.11 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Qızıl Avropa Liqasına hazırlaşan voleybol millimiz növbəti məşqinə çıxdı

İDMAN

07 May 2024 | 12:43

Qızıl Avropa Liqasına hazırlaşan voleybol millimiz növbəti məşqinə çıxdı

Qızıl Avropa Liqasına hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan millisi növbəti məşqinə çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, hazırlıq prosesi Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində gerçəkləşib.

Komanda məşqlərə geniş heyətlə qatılıb. Bəzi legionerlər hazırlıqda iştirak etməyiblər.

Yığma mayın 9-da Sloveniyaya toplanışa yola düşəcək.

Qeyd edək ki, Azərbaycan millisi Qızıl Avropa Liqasında ilk oyununu mayın 17-də Xorvatiyaya qarşı keçirəcək. Mayın 18-də isə Faiq Qarayevin yetirmələri Slovakiya ilə qarşılaşacaq. Hər iki matç Xorvatiyada baş tutacaq.


SON XƏBƏRLƏR

18 May 2024