• Bakı 16° C

    2.11 m/s

Almaniyalı futbolçu “Galatasaray”la anlaşdı

İDMAN

08 Fevral 2024 | 13:25

Almaniyalı futbolçu “Galatasaray”la anlaşdı

Almaniyanın “Hannover 96” klubunun futbolçusu Derrik Köhn Türkiyə təmsilçisi “Galatasaray”la anlaşıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano paylaşım edib.

Onun sözlərinə görə, klublar 25 yaşlı sol cinah müdafiəçisinin keçidi ilə bağlı ortaq məxrəcə gəliblər. Almaniyanın U-19 yığmasının sabiq oyunçusu tibbi müayinədən keçmək və münasibətləri rəsmiləşdirmək üçün artıq İstanbuldadır. Bu transferin “Galatasaray”a 3 milyon avroya başa gələcəyi bildirilib.

Qeyd edək ki, Derrik Köhn Almaniya nəhəngi “Bavariya”nın yetirməsidir. O, 2022-ci ildən bəri “Hannover 96” klubunda çıxış edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026