• Bakı 15° C

    7.37 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

“Forza Neftçi”dən boykot mesajı: “Vaxtınız başlayıb”

İDMAN

08 Mart 2024 | 13:40

“Forza Neftçi”dən boykot mesajı: “Vaxtınız başlayıb”

“Neftçi”nin əsas azarkeş qrupu olan “Forza Neftçi” komandanın oyunlarını boykot edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə azarkeşlərin yaydığı bəyanatda bildirilir:

“Forza Neftçi” olaraq, uğrunda hər şeyə razı olduğumuz, bütün fədakarlıqları etdiyimiz - “Neftçi”nin oyunlarını müəyyən müddət və müəyyən formalar çərçivəsində boykot etdiyimizi bəyan edirik.

Başlıca səbəb mövsüm başlayandan etibarən sərgilədiyiniz qeyri-stabil, klubun adına, şöhrətinə, tarixinə yaraşmayan oyun göstərməyinizdir. 

Bundan savayı, hər oyundan öncə etdiyimiz xəbərdarlıqların heç bir dəyişikliklə nəticələnməməsi əsas səbəbin oyunla deyil, digər məsələlərlə əlaqəli olduğunu göstərir.

Papağınızı önünüzə qoyaraq, ya da dəyirmi masa ətrafında toplanaraq fikirləşin. Dediyimiz sözləri qulağınızda sırğa etməklə qalmayın, nəzərə alıb gerçəkləşdirməyə başlayın. Vaxtınız başlayıb”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026