• Bakı 13° C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Arsenal"dan növbəti qələbə

İDMAN

07 Aprel 2024 | 00:04 | Müəllif: Subhan Mahmudov

"Arsenal"dan növbəti qələbə

Futbol üzrə İngiltərə Premyer Liqasında 32-ci tura start verilib.

Bakıvaxtı.az xəbər verir ki, günün ilk oyununda yeddi görüş keçirilib.

Çempionluq uğrunda mübarizə aparan "Mançester Siti" səfərdə "Kristal Pelas"a 4:2, "Arsenal" isə "Brayton"a 3:0 hesabı ilə qalib gəlib.

Turun digər oyunlarında "Everton" "Börnli"ni, "Nyukasl" "Fulhem"i 1:0, "Luton" "Bornmut"u, "Vest Hem" "Vulverhempton"u 2:1 hesabı ilə məğlub edib. "Aston Villa" - "Brentford" görüşü isə 3:3 hesablı heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, turnir cədvəlinə 71 xalla "Arsenal" başçılıq edir. "Liverpul" 70 xalla ikinci, eyni xala malik "Mançester Siti" isə üçüncü pillədə qərarlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026