• Bakı 16° C

    2.64 m/s

Türkiyə 142 vətəndaşını Qəzzadan təxliyə etdi

DÜNYA

03 Dekabr 2023 | 13:01 | Müəllif: Subhan Mahmudov

Türkiyə 142 vətəndaşını Qəzzadan təxliyə etdi

Türkiyə vətəndaşlarının Qəzza zolağından təxliyə işləri bərpa edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli məlumat verib.

Onun sözlərinə görə, dekabrın 2-də Türkiyə vətəndaşları və onların ailə üzvləri olmaqla ümumilikdə 142 nəfər Qəzzadan Misirə keçirilib. Bu şəxslərin bu gün axşam saatlarında Qahirədən İstanbula gətirilməsi planlaşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Oktyabr 2026