• Bakı 21° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Gürcüstan ordusunun sayı ilə bağlı QƏRAR

DÜNYA

02 Yanvar 2024 | 01:00 | Müəllif: Subhan Mahmudov

Gürcüstan ordusunun sayı ilə bağlı QƏRAR

Gürcüstan parlamenti “2024-cü ildə Gürcüstanın Müdafiə Qüvvələrinin sayının müəyyən edilməsi haqqında” yeni qərar qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, qərarla Gürcüstan Müdafiə Qüvvələrində hərbi personalın hazırkı sayı müəyyən olunub.

Qəbul edilmiş qərara əsasən, ölkənin Müdafiə Qüvvələrinin sayı 37 min nəfərdən çox olmayacaq. Bu məhdudiyyət Gürcüstan Müdafiə Nazirliyinin hərbi qulluqçularına, ehtiyatda olanlara və müvəqqəti tam ştatlı işçilərinə şamil edilmir.

Qeyd edək ki, bu gün Gürcüstanda hərbi xidmət dörd kateqoriyaya bölünür. Bunlar icbari, müqaviləli, kadr və ehtiyatda olan kateqoriyalardır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026