• Bakı 14° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Yaponiyada zəlzələ nəticəsində 24 nəfər ölüb - YENİLƏNİB

DÜNYA

02 Yanvar 2024 | 09:17

Yaponiyada zəlzələ nəticəsində 24 nəfər ölüb - YENİLƏNİB

Yaponiyada baş verən zəlzələ qurbanlarının sayı 24-ə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

    Təcili yardım xidmətlərinin məlumatına görə, azı 50 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

    İşikavada vəziyyət ən ağırdır. Orada 200-dən çox ev yanıb, 50-dən çox bina uçub.

    ***

    23:59

    Yaponiyanın mərkəzi hissəsində baş verən silsilə güclü zəlzələlər nəticəsində İsikava prefekturasında azı 4 nəfər ölüb.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kyodo agentliyi yerli hökumətə istinadən məlumat yayıb.

    İsikava və digər prefekturalarda azı 30 nəfər xəsarət alıb.

    Bundan başqa sunami təhlükəsi səbəbindən Akita, Yamaqata, Niiqata, İsikava, Fukui, Hyoqo, Tottori, Fukuoka və Saqa prefekturalarının ən azı 97 min sakini evakuasiya əmri alıb.

    xxx

    17:56

    Yaponiyada baş verən güclü zəlzələlər nəticəsində azı iki nəfər ölüb. Bu barədə Kyodo agentliyi məlumat yayıb .İşikava prefekturasının polisinə görə, iki nəfər dağılmış yaşayış binalarının dağıntıları altından "ürək və ağciyər tutulması vəziyyətində" çıxarılıb - Yaponiyada klinik ölüm belə adlanır. 

    Bakıvaxtı.az xəbər verir ki, bunlar 2024-cü ilin ilk günündə Yaponiyanın mərkəzi hissəsində baş verən silsilə zəlzələlərin ilk qurbanlarıdır.

    Son məlumatlara görə, Yaponiyada baş verən güclü zəlzələlər İşikava prefekturasında 30-dan çox taxta ev və yaşayış binasının dağılmasına səbəb olub. Bir neçə belə hadisədə bu evlərin sakinləri dağıntılar altında qalıb - xilasetmə xidmətləri yerində işləyir. 

     

    15:44

    Yaponiyada 7,6 maqnitudalı zəlzələ nəticəsində İsikava əyalətində 100-dən çox binaya zərər dəyib, bəziləri dağılıb.

    Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə NHK telekanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb. 

      İsikava əyalətinin qonşuluğundakı Toyana əyalətində də dağıntılar var. 

      Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosimas Xayasi minimum 6 evin dağıldığını, dağıntılar altında insanların qalmasının istisna edilmədiyini bildirib.

      ***

      14:19

       

      Yaponiyanın qərb sahillərini sunami vurub.
      Bakıvaxtı.az
      -ın TASS-a istinadən xəbərinə görə, bəzi yerlərdə sunami dalğalarının hündürlüyü 5 metrə çatır. 

        Yayılan görüntülərdə sunami dalğalarının gəmiləri, avtomobilləri sürüklədiyi görünür. 

        Hələlik dağıntı və tələfat barədə məlumat verilməyib.

         

        ***

        12:22

        Bu gün Yaponiyada qeydə alınan 7,6 maqnitudalı zəlzələnin ocağı Anamizu şəhərindən 42 km uzaqlıqda dənizdə yerləşib. 

        Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi məlumat yayıb. 

          Yerli vaxtla saat 16.10-a baş verən zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

           

          11:51

          Yaponiyada sunami təhlükəsi elan edilib. 

          Bakıvaxtı.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, meteoroloqlar ölkənin qərb sahillərində sunaminin hündürlüyünün 5 metrə çatacağını bildiriblər.

            Əhali təcili olaraq sahil zonaları tərk etməyə, yaxud binaların damına çıxmağa çağırılıb.


            Batıgöz reklamMedia İnkişaf

            SON XƏBƏRLƏR

            18 Noyabr 2026