• Bakı 19° C

    9.3 m/s

  • USD - 1.7

    EUR - 1.8758

    RUB - 0.0178

Türkiyə ABŞ-Cənubi Kipr razılaşmasını pisləyib

DÜNYA

12 Sentyabr 2024 | 16:54

Türkiyə ABŞ-Cənubi Kipr razılaşmasını pisləyib

Türkiyə ABŞ ilə Cənubi Kiprin Rum Administrasiyası (GCASC) arasında müdafiə sahəsində əməkdaşlığın inkişafı ilə bağlı imzalanmış sənədi pisləyib.

Bakıvaxtı.az "Sozcu"yə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Açıqlamaya görə, sözügedən sənəd ABŞ-nin adaya qarşı neytral münasibətinə xələl gətirəcək.

"ABŞ səlahiyyətlilərinin atdığı bu addımlar, o cümlədən ötən ilin iyun ayında Kipr Rum Administrasiyası ilə strateji dialoqa başlanılacağını elan etməsi neytral münasibətə xələl gətirir. ABŞ-nin bu addımı Kipr probleminin ədalətli, qalıcı və davamlı həllini çətinləşdirir".

Gülşən Şərif


SON XƏBƏRLƏR

03 Oktyabr 2024