• Bakı 21° C

    3.14 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Türkiyə ABŞ-yə səsləndi: Bunun əvəzini siz ödəməli olacaqsınız

DÜNYA

23 Aprel 2023 | 09:23 | Müəllif: Subhan Mahmudov

Türkiyə ABŞ-yə səsləndi: Bunun əvəzini siz ödəməli olacaqsınız

Türkiyə ABŞ-ni ölkənin sərhədləri yaxınlığında terror dövləti yaratmaq niyyətində olmasına görə ittiham edib.

Bakıvaxtı.az xəbər verir ki, bu məsələyə Türkiyənin daxili işlər naziri Süleyman Soylu mətbuata verdiyi müsahibədə toxunub.

“Amerika bizim sərhədlərimizin yaxınlığında terror dövləti yaratmaq istəyir. Bu terror dövləti yaradıldığı andan bunun əvəzini siz ödəməli olacaqsınız. Biz tədbirlərimizi görürük. Buna qarşı Suriya və İraqda dörd böyük əməliyyat keçirmişik”, - deyə Türkiyənin DİN başçısı söyləyib.

Qeyd edək ki, rəsmi Ankara Vaşinqtonun kürd silahlı birləşmələri ilə əməkdaşlığına qarşı kəskin münasibət sərgiləyir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026