• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Belqorodda bu gündən antiterror rejimi elan olundu

DÜNYA

22 May 2023 | 20:40 | Müəllif: Subhan Mahmudov

Belqorodda bu gündən antiterror rejimi elan olundu

Rusiyanın Belqorod vilayətində bu gündən antiterror rejimi elan olunub.

Bakıvaxtı.az xəbər verir ki, vilayətin qubernatoru Vyaçeslav Qladkov Ukrayna diversiya-kəşfiyyat qrupunun sərhədyanı Qrayvoronsk dairəsinə daxil olması ilə əlaqədar antiterror rejimi elan edib.

Hazırda üç yerli sakinin yaralandığı məlumdur. Bundan başqa, Belqorod vilayət administrasiyasının binasına, bir neçə evə mərmi zərbəsi dəyib.

Yerli mətbuat Kozinka və Qlotovo yaşayış məntəqələrində atışma getməsi barədə xəbərlər yayır. Bu yaşayış məntəqələrində işıq və su kəsilib, sakinlər zirzəmilərdə gizlənib. İntensiv atışma səbəbindən dinc əhalini təxliyə etmək mümkün deyil.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026