• Bakı 11° C

    3.38 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Rusiya məşhur təşkilatı arzuolunmaz elan etdi

DÜNYA

21 Iyun 2023 | 20:15 | Müəllif: Qalib İbrahimoğlu

Rusiya məşhur təşkilatı arzuolunmaz elan etdi

Rusiya Baş Prokurorluğu Ümumdünya Vəhşi Təbiət Fondunu (WWF) arzuolunmaz təşkilat elan edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Təşkilat iqtisadi sahədə təhlükəsizliyə təhdid yaradan layihələr həyata keçirməkdə ittiham olunur.

Bundan əvvəl "xarici agent" elan edilən Dünya Vəhşi Təbiət Fondu Rusiyada 1988-ci ildən fəaliyyət göstərir, fondun Rusiya nümayəndəliyi 1994-cü ildə açılıb.

Qeyd edək ki, Rusiya ötən ay "Greenpeace" beynəlxalq ətraf mühit təşkilatını arzuolunmazlar siyahısına daxil edib./"Unikal"


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026