• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Türkiyə Qəzzada səhra xəstəxanası quracaq

DÜNYA

28 Noyabr 2023 | 14:01

Türkiyə Qəzzada səhra xəstəxanası quracaq

Türkiyəli mütəxəssislərdən ibarət nümayəndə heyəti səhra xəstəxanasının qurulması üçün hazırlıq işləri aparmaq məqsədilə Qəzza zolağına gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS-a Ankaradakı diplomatik mənbə bildirib.

“Bu səhər texniki heyət Misir vasitəsilə Qəzzaya gəlib. Onlar Qəzzada qurmaq niyyətində olduğumuz səhra xəstəxanasının yaradılması planlarının bir hissəsi kimi texniki-iqtisadi əsaslandırma hazırlayacaqlar”, - agentliyin həmsöhbəti bildirib.

O qeyd edib ki, Ankara xəstəxananı tez bir zamanda istifadəyə verməyi planlaşdırır və bununla bağlı vaxt nümayəndə heyətinin işinin nəticələrindən asılı olacaq.

Xatırladaq ki, noyabrın 23-də Türkiyənin səhiyyə naziri Fahrettin Koca Qəzzada səhra xəstəxanasının qurulması ilə bağlı Misir və İsraillə əlaqə saxladığını açıqlayıb. Onun sözlərinə görə, bu məsələni müzakirə etmək və tibb müəssisəsinin yerini seçmək üçün koordinasiya qrupu artıq Misirə səfər edib.


SON XƏBƏRLƏR

26 Iyul 2024