• Bakı 25° C

    19.95 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Türkiyə Rusiyadan buğda alışını artırıb

İQTİSADİYYAT

16 Fevral 2024 | 10:29

Türkiyə Rusiyadan buğda alışını artırıb

Türkiyə Rusiyadan buğda idxalını rekord səviyyəyə - 9 milyon tona çatdırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Türkiyə 2022-ci ildə Rusiya, Ukrayna , Argentina , Braziliya, Bolqarıstan , Qazaxıstan və Latviya da daxil olmaqla 30 ölkədən buğda alıb.

Ümumilikdə 8,9 milyon ton idxal edilib.

2023-cü ildə Argentina, Braziliya, Kipr , Çexiya , Misir , Gürcüstan , İran , İsrail və Latviya Türkiyəyə tədarükünü dayandırıb. Meksika və Livan isə tədarükü demək olar ki, sıfıra endirib.

Türkiyə Rusiyadan isə 1,4 dəfə çox - 2,7 milyard dollara 9 milyon ton taxıl alıb.

Həmçinin Ukraynadan tədarüklər 21% artaraq 2,5 milyon tona, Qazaxıstandan 2,3 dəfə artaraq 140 min tona, Moldovadan 1,8 dəfə artaraq 120 min tona, Suriyadan isə 1,6 dəfə artaraq 45 min tona çatıb.

Bundan əlavə, Bosniya və Herseqovina Türkiyəyə buğda tədarük etməyə başlayıb.

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026