• Bakı 10° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Türkiyə və Ukrayna arasında müdafiə sahəsində yeni anlaşma imzalanıb

CƏMİYYƏT

03 Sentyabr 2021 | 17:11

Türkiyə və Ukrayna arasında müdafiə sahəsində yeni anlaşma imzalanıb

Türkiyə və Ukrayna hərbi sahədə əməkdaşlıq barədə yeni anlaşma imzalayıblar.

Bakıvaxtı.az “Anadolu”ya istinadən xəbər verir ki, anlaşma üçün “IDEF-2021” beynəlxalq müdafiə sənayesi sərgisi çərçivəsində razılıq əldə olunub.

Bildirilib ki, Türkiyənin “ASELSAN” şirkəti və Ukraynanın “Ukroboronprom” və “Ukrspetseksport” şirkətləri arasında hava hücumundan müdafiə sistemlərinin modernizasiyası ilə bağlı anlaşma imzalanıb.

“Ukroboronprom”un baş direktoru Vadim Nozdria anlaşmanın ölkələr arasında hərbi texnologiyalar sahəsində əməkdaşlığının inkişaf etdirilməsi üçün yeni bir addım olduğunu ifadə edib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026