Faza-2 konfiqurasiyasına sahib olan 1 ədəd T-129 ATAK helikopteri Türkiyə ordusunun Quru Qoşunları Komandanlığına təhvil verilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Bununla 54-cü ATAK helikopteri Türkiyə Silahlı Qüvvələrinin arsenalına daxil edilib. Helikopterin özünümüdafiə səmərəliliyi “Radio Frekans Qarışdırıcı Sistemləri” ilə artırılıb”, - məlumatda bildirilib.
















