• Bakı 17° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

İran “Delta” ştammına görə qaydaları SƏRTLƏŞDİRDİ

DÜNYA

05 Iyul 2021 | 11:42

İran “Delta” ştammına görə qaydaları SƏRTLƏŞDİRDİ

İranda koronavirusun “Delta” ştammının yayılması təhlükəsi ilə əlaqədar qırmızı zona hesab olunan şəhərlərdə məhdudiyyətlər tətbiq olunub.

Bakıvaxtı.az-ın məlumatına görə, məhdudiyyətlər tətbiqinə İranın Koronavirusla Mübarizə Milli Komitəsinin qərar verib. Koronavirus pandemiyası ilə əlaqədar məşğulluq sahələri 4 qrupa bölünüb. 1-ci qrup istisna olmaqla bütün qruplarda işlər qadağan edilib.

1-ci qrupa sənaye, mədən, kənd təsərrüfatı, kommunal xidmətlər, sərnişindaşıma, ərzaq məhsulları satış obyektləri və digər strateji əhəmiyyətli hesab olunan sahələr daxildir.

Bu gündən Tehran şəhəri də koronavirusun yayılması baxımından qırmızı zona hesab olunduğu üçün bir sıra istirahət mərkəzləri bağlanıb.

Koronavirusa yoluxma üzrə İranda 92 rayon qırmızı və 183 rayon narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa 173 rayon sarı zona hesab olunur.

Qeyd edək ki, ötən günədək İranda 3,25 milyon nəfər koronavirusa yoluxub, bu virus nəticəsində 84,7 min nəfər ölüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026