• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Yaponiyalı millət vəkili buna görə Putinlə görüşmək istədi

DÜNYA

04 Avqust 2021 | 10:14

Yaponiyalı millət vəkili buna görə Putinlə görüşmək istədi

Yaponiya parlamentinin üzvü, uzun illər Tokio ilə Moskva arasında dialoq məsələləri ilə məşğul olan Muneo Suzuki, Yaponiyanın Baş naziri Yoşihide Suqanın qarşıdan gələn Şərq İqtisadi Forumu (EEF) çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşmək istədiyini bildirib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə çərşənbə axşamı məlumat yayılıb.

"Diplomatik təmaslara şəxsi görüş formatında başlasaq, sülh müqaviləsi üzrə danışıqlar irəliləyəcək", - deyə millət vəkili əlavə edib.

Muneo Suzuki, Yaponiyanın keçmiş Baş naziri Şinzo Abenin Yaponiya-Rusiya münasibətləri üzrə qeyri-rəsmi müşaviri hesab olunur. Moskva və Tokio uzun illərdir ki, sülh müqaviləsini hazırlamaq üçün məsləhətləşmələr aparır.

Qeyd edək ki, Şərq İqtisadi Forumu sentyabrın 2-dən 4-dək Vladivostokda hibrid formatda keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026