Roma Papası Fransisk əməliyyat olunub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Vatikandan bildirilib ki, Papanın bağırsağında ciddi problemlər yaranıbmış və müvəffəqiyyətlə yekunlaşan əməliyyat 10 nəfərlik həkim qrupu tərəfindən həyata keçirilib.
Qeyd edək ki, 84 yaşlı Fransisk 2013-cü ildə Papa seçildiyi gündən bu yana ilk dəfə idi ki, xəstəxanaya yerləşdirilib.
















