Türkiyədə yeni "Polad Günbəz" hava hücumundan müdafiə sistemi təqdim olunub.
Bakıvaxtı.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təqdimat mərasimində çıxış edib.
O bildirib ki, "Polad Günbəz" sistemi ilə Türkiyə hava hücumundan müdafiə sahəsində tamamilə yeni səviyyəyə çatacaq.
"Türkiyənin hava hücumundan müdafiəsində yeni bir dövr açırıq. "Polad Günbəz" sistemimizə 47 yeni texnika əlavə olunacaq. Bu silahların istehsalına 460 milyon dollar sərmayə qoyulub. Öz radar və hava hücumundan müdafiə sistemlərimizi inkişaf etdirmədən heç bir ölkə, xüsusən də regionumuzda mövcud təhlükəsizlik problemləri şəraitində öz gələcəyinə arxayın ola bilməz. 50 il əvvəl yuxu kimi görünən imkanları indi özümüz reallaşdırırıq", - dövlət başçısı qeyd edib.