• Bakı C

    5.83 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Türkiyədə 43 mədənçinin ölümü ilə bağlı hökm elan olundu

DÜNYA

24 Mart 2025 | 19:27

Türkiyədə 43 mədənçinin ölümü ilə bağlı hökm elan olundu

Türkiyənin Bartın şəhərinin Ağır Cinayətlər Məhkəməsi vilayətdə kömür mədənlərindən birində baş verən və 43 mədənçinin həyatına son qoyan qəza ilə bağlı hökm elan edib.

Bakıvaxtı.az xəbər verir ki, 2022-ci il oktyabrın 14-də baş vermiş partlayışla bağlı məhkəmə qarşısına mədən direktoru Cihad Özdəmir də daxil olmaqla onlarla şəxs çıxarılıb.

Məhkəmə 20 nəfəri 3 ildən 17 ilədək həbs cəzasına məhkum edib.

İstintaqın məlumatına görə, partlayışa səbəb metan qazının yığılması olub. Hadisə baş verən anda yerin altında 110 mədənçi olub.

Türkiyə parlamentində təmsil olunan bütün siyasi qüvvələrin təşəbbüsü ilə bu cür faciələrin qarşısını almaq məqsədilə təkliflər hazırlamaq üçün xüsusi komissiya yaradılıb.


SON XƏBƏRLƏR

25 Mart 2025