Türkiyədə sərnişin avtobusu aşıb.
Bakıvaxtı.az “Habertürk”ə istinadən xəbər verir ki, hadisə Sivas şəhərində qeydə alınıb. Belə ki, İstanbul-Diyarbəkir istiqamətində hərəkət edən 35 AGG 489 dövlət nömrə nişanlı sərnişin avtobusu aşıb.
Hadisə nəticəsində avtobusda olan 34 nəfər xəsarət alıb. Xəstəxanalara çatdırılan yaralılardan 8-nin vəziyyəti ağırdır.
Qəzaya əlverişsiz hava şəraitinin səbəb olduğu bildirilir.
Ramid İbrahimov
















