• Bakı 18° C

    4.7 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb

DÜNYA

25 Aprel 2024 | 10:16

Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb

İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 23 nəfər Türkiyə xüsusi xidmət orqanları tərəfindən saxlanılıb.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

“Ölkənin 7 vilayətində keçirilən əməliyyatlar çərçivəsində İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb”, - nazir “X” sosial şəbəkəsindəki hesabında qeyd edib.

Onun sözlərinə görə, 10 şəxs Suriya ilə həmsərhəd Hatay vilayətində saxlanılıb.


SON XƏBƏRLƏR

03 May 2024