• Bakı 19° C

    3.5 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Türkiyədə meymunçiçəyinə yoluxanların sayı artdı

DÜNYA

02 Avqust 2022 | 12:24

Türkiyədə meymunçiçəyinə yoluxanların sayı artdı

Türkiyədə meymunçiçəyinə yoluxanların sayı 5-ə yüksəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca  prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərin görə, meymunçiçəyinə yoluxmuş xəstələr yaxın ətraflarından təcrid olunublar: "4 pasiyentimiz tam sağalaraq evə buraxılıb, digər xəstənin müalicəsi davam edir. Onların hər birinin səhhəti yaxşıdır, heç bir problemi yoxdur".

Nazir deyib ki, xəstəlik yaxın təmasla yoluxur: "Ölkəmiz üçün endemik risk və ya qlobal pandemiya riski daşımır”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026