• Bakı 15° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Tramp Makronun həyatı ilə bağlı bilgilər əldə etdi!  

DÜNYA

01 Sentyabr 2022 | 09:39

Tramp Makronun həyatı ilə bağlı bilgilər əldə etdi!

Amerikanın “Rolling Stones” jurnalı keçmiş prezident Donald Trampın kəşfiyyat mənbələrindən Fransa prezidenti Emmanuel Makronun cinsi həyatı ilə bağlı məxfi məlumatlara malik olduğunu iddia edib.

Bakıvaxtı.az xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampın səlahiyyət müddəti bitdikdən sonra Milli Arxivə təhvil vermədiyi və şəxsi mülkündə saxladığı gizli dövlət sənədləri arasında Fransa prezidenti Emmanuel Makronun cinsi həyatı ilə bağlı məlumatların olduğu da iddia edilib.

FTB (Federal Təhqiqat Bürosu) Trampın keçən həftə Floridadakı Mar-a-Laqo malikanəsinə basqın zamanı 184 məxfi sənədin ələ keçirildiyini açıqlayıb. American Rolling Stones-un məlumatına görə, Paris və Vaşinqtondakı məmurlar Trampın mülkündə ələ keçirilən sənədlərdə “info re: France President” adı ilə şifrələnmiş sənəddə nə olduğu barədə fərziyyələr aparıblar.

Mövzu ilə bağlı iki səlahiyyətlinin sözlərinə görə, sözügedən sənəddə Emmanuel Makronun cinsi həyatı ilə bağlı məxfi detalların olduğu və bu detalların kəşfiyyat brifinqlərindən əldə edildiyi bildirilib. Trampın xüsusilə Ağ Evdə olduğu müddətdə və sonra ən yaxın dostlarından bəzilərinə Makronun cinsi həyatı ilə bağlı məlumatı olduğunu dediyi bildirilir. İddia olunur ki, Tramp bunu kəşfiyyat mənbələri sayəsində öyrəndiyinə görə “öyünüb”. Lakin sənəddə Makronun şəxsi həyatı ilə bağlı məlumatların olub-olmadığı hələlik məlum deyil. "Rolling Stones" də Makron haqqında olduğu düşünülən məlumatların “məxfi” kateqoriyasına daxil olub-olmadığını təsdiq edə bilməyib. Bununla belə, hesabatda sənədin mövcudluğunun "transatlantik qorxuya səbəb olduğu" bildirilir.

Qeyd olunub ki, ABŞ və Fransa rəsmiləri Trampın Makron və Fransa hökuməti ilə bağlı hər hansı əhəmiyyətli məlumatının olub-olmadığını araşdırır. 

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026