Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədəı Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin (YTB) sədri Abdullah Eren bildirib.
Bakıda Türkiyə məzunları ilə keçirilən görüşdə çıxış edən A.Eren ölkəsinin 1990-cı illərdə başladığı “Böyük tələbə layihəsi”ndən danışıb.
Onun sözlərinə görə, hazırda Türkiyədə 34 min azərbaycanlı tələbə təhsil alır.
Qeyd edək ki, sentyabrın 30-da Bakıda Beynəlxalq Türkiyə Məzunlarının Azərbaycan Toplantısı keçirilib.
İlk dəfə Azərbaycanda təşkil edilən tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin (YTB) sədri Abdullah Ərən, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, KKTC Baş nazirinin müavini Fikri Ataoğlu, Türkiyə Kosmik Agentliyinin Prezidenti Serdar Hüseyn Yıldırım, Türkiyənin Bakıdakı səfiri Cahit Bağcı, Azərbaycanın millət vəkilləri, Türkiyədə təhsil almış məzunlar iştirak ediblər.
Nərgiz Məmmədli