• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Getdikcə öyrənəcəyik... - Himnimizin qısaldılmasını təklif edən DEPUTAT

CƏMİYYƏT

01 Noyabr 2023 | 09:37 | Müəllif: Qalib İbrahimoğlu

Getdikcə öyrənəcəyik... - Himnimizin qısaldılmasını təklif edən DEPUTAT

Azərbaycan Respublikasının bayrağı, gerbi və himni Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Hər birimiz bu atributlara hörmətlə yanaşmalı, gənclərimizə bunun dərin ehtiram hisslərini aşılamalıyıq.

Bəzən hansısa tədbirdə Dövlət Himnimizin sanki ürəksiz oxunduğunun şahidi oluruq. Buna səbəb nədir?

Tahir Kərimli, deputat

Deputat Tahir Kərimli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, birincisi, bu, dövlətçilik ənənələlərindən irəli gəlir: “Misal üçün, Türkiyədə hamı çalışır ki, himni oxusun. Onlarda dövlət yüz illərdir formalaşıb. Bizdə isə milli dövlət hələ yenicə formalaşıb. 30 ildən bir qədər artıqdır ki, biz dövlət yaratmışıq”.

Deputat qeyd edib ki, himn qəbul olunubsa, dövlətin atributudur: “Vaxtilə himn barədə Konstitusiya qanunu təklif olunanda müzakirədə iştirak etdim. İctimaiyyət elə bildi ki, mən özüm təklif irəli sürmüşəm, amma respublika prezidenti tərəfindən himnin qəbul edilməsi ilə bağlı Konstitusiya irəli sürülmüdü. O zaman mən himnimizin həm sözləri, həm də musiqisi ilə bağlı Üzeyir Hacıbəyovun arzularına uyğun təkliflər irəli sürdüm. Yəni, daha şaqraq olmasını və Üzeyir Hacıbəyovda olmayan sözlərim yığışdırılmağı ilə bağlı təklif irəli sürmüşdüm. Bu, həm himnin uzun olmağının qarşısını alır, həm də daha yaxşı olurdu”.

T.Kərimlinin sözlərinə görə, bütün bunlara baxmayaraq, himn qəbul olunubsa, bizim sərvətimiz, dövlət atributudur: “Mənim təklifim həyata keçdi-keçmədi artıq qəbul olunub, hamı oxumalıdır. Mən şəxsən bütün tədbirlərdə himni oxuyuram. Heç dövlət himni olmamışdan əvvəl kiçik yaşda olan uşaqlarım belə oxuyub. Biz bu marşa hər zaman müqəddəs baxmışıq. Ona görə də, utanmaq hissi aradan qalxmalıdır. Heç olmasa, hər kəs öz-özünə təkrar etməlidir. Çünki bu, dövlətin birinci mahnısı, himnidir. Getdikcə öyrənəcəyik, inşallah yaxşı olar”.

Fazil Mustafa, deputat

Deputat Fazil Mustafa isə Bakıvaxtı.az-a deyib ki, bunu hamıya aid etmək olmaz: “Şəxsən mən hansısa tədbirdə olanda böyük fəxarətlə himnimizi oxuyuram. Kimlərsə oxumur, özünə sığışdırmırsa, başqa məsələdir. Mənim gördüyüm insanların böyük əksəriyyəti də buna böyük həssaslıqla yanaşırlar. Əslində, belə də olmalıdır. Himn bizim qürur yerimizdir”.

Deputat vurğulayıb ki, biz kimliyimizi himnlə tanıb bilmişik: “Ona görə, burda hər hansı sıxıntı görmürəm. Biz bunu kifayət qədər ciddi şəkildə dəyərimiz olaraq görürük. Hər kəs də bunu oxumalıdır. Ola bilər ki, hansısa tədbirdə oxunmur, amma təbliğ etmək lazımdır ki, hamı oxusun və qürur duysun”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026