Türkiyədə 16 yaşlı yeniyetmə sosial şəbəkədəki paylaşımlarına görə həbs edilib.
Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadla xəbər verir.
Məlumata görə, yeniyetmə "Prezidenti təhqir etmək" və "ictimaiyyəti açıq şəkildə kin və düşmənçiliyə sövq etmək" ittihamları ilə həbs olunması tələbi ilə Qaziosmanpaşa 1-ci Sülh Cəza Məhkəməsinə sövq edilib.
Məhkəmə 16 yaşlı uşağın sosial şəbəkədəki paylaşımları ilə bağlı irəli sürülən ittihamlar çərçivəsində cinayət şübhəsinin güclü olması, dəlillərin toplanmaması, məhkəmə nəzarətinin yetərli olmayacağını əsas gətirərək barəsində həbs qətimkan tədbiri seçib.
Mina Mikayılova