• Bakı 7° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Putin Rusiyanın Alyaskaya səfər edən ilk lideri olacaq

DÜNYA

09 Avqust 2025 | 07:45 | Müəllif: Subhan Mahmudov

Putin Rusiyanın Alyaskaya səfər edən ilk lideri olacaq

Prezident Vladimir Putin Alyaskaya səfər edən ilk Rusiya lideri olacaq.

Bu barədə Bakıvaxtı.az Rusiya mətbuatına istinadən xəbər verir.

Qeyd olunur ki, indiyədək heç bir Rusiya prezidenti bu ştata səfər etməyib.

Statistik məlumatlara görə, orta amerikalı həyatı boyu on yarım ştata səfər edir, lakin hər onuncu adam heç vaxt öz ştatından kənara səyahət etməyib və ABŞ sakinlərinin yalnız 12 %-i Alyaskaya səfər edib.

Rusiya prezidenti sonuncu dəfə 2015-ci ildə ABŞ-yə səfər edib.

Putin və Tramp arasında görüş avqustun 15-də Alyaskada baş tutacaq.

Rusiya liderinin köməkçisi Yuri Uşakov məlumatı təsdiqləyib. Onun sözlərinə görə, yer seçimini iki ölkənin coğrafi yaxınlığı diktə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026