Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən zərər çəkmiş 10 əyalətdə çörək zavodları pulsuz çörək verəcək.
Bakıvaxtı.az xəbər verir ki, Türkiyə prezidentinin köməkçisi Fuat Oktay daha öncə də zəlzələdən zərər çəkmiş 10 əyalət və rayonda vətəndaşların çörək sexlərindən pulsuz çörək ala biləcəklərini açıqlamışdı.
Onun sözlərinə görə, ölkənin bütün vilayətlərində normal şorba və qidalanma mərkəzləri yaradılıb: "Qızıl Ayparanın sədrliyindəki qidalanma xidməti qrupumuz nazirlərimizin koordinasiyası və mülki idarənin faktiki icrası ilə davam edir. Vətəndaşlarımız öz yeməklərini ala bilərlər. Çörək zavodlarımızla lazımi koordinasiyanı həyata keçiririk".
Qeyd edək ki, dünən Kahramanmaraşın Pazarcık rayonunda baş verən 7,7 və Elbistan mərkəzli 7,6 bal gücündə iki zəlzələ olub.
Zəlzələlər Kahramanmaraş, Hatay, Osmaniye, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Malatya, Kilis və Adanada dağıntılara səbəb olub. 3381 nəfər dünyasını dəyişib, 20426 nəfər isə yaralanıb.
Ay Tac






jpg-1678346598.webp)









