• Bakı 15° C

    1.52 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

KTMT baş katibi Qırğızıstana səfər edəcək

DÜNYA

09 Mart 2023 | 10:57

KTMT baş katibi Qırğızıstana səfər edəcək

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetov 9-10 mart tarixlərində Qırğızıstana səfər edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov TASS-a bildirib.

Tasmaqambetov Qırğızıstan Prezident Sadır Japarovla da görüşəcək.

Bildirilib ki, səfər zamanı Qırğızıstan xarici işlər naziri Jeenbek Kulubayev, ölkənin Təhlükəsizlik Şurasının katibi Marat İmankulov, həmçinin müdafiə naziri general-leytenant Baktıbek Bekbolotov və Qırğızıstan rəhbərliyi ilə görüşlər nəzərdə tutulub.

Qeyd edək ki, bu, Tasmaqambetovun KTMT baş katibi kimi Qırğızıstana ilk səfəridir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026