• Bakı 24° C

    5.8 m/s

Çavuşoğlu: "Orta Dəhlizdə türk dünyası xüsusi yer tutur"

DÜNYA

07 Aprel 2023 | 23:52 | Müəllif: Subhan Mahmudov

Çavuşoğlu: "Orta Dəhlizdə türk dünyası xüsusi yer tutur"

Xəzər dənizi vasitəsi ilə Orta Dəhlizin parçası olan dəhlizlərin önəmi artır və burada türk dünyası xüsusi yer tutur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

O qeyd edib ki, Özbəkistan, Türkmənistan və Özbəkistan ilə nəqliyyat layihələri həyata keçirilir. Bundan əlavə, TANAP qaz xətti vasitəsi ilə türkmən qazının Avropaya tədarükünə dair işlər davam edir.

Çavuşoğlu həmçinin regional təhlükəsizlik məsələlərinə toxunaraq, Suriyada dördtərəfli format çərçivəsindəki danışıqlar zamanı ölkəsinin təhlükəsizliklə bağlı güzəştə getməyəycəyini vurğulayıb.

Nazir, Türkiyənin İsraillə münsaibətlərinin normallaşma prosesinin başladılmasına baxmayaraq, Fələstin xalqının hüquqlarının pozulmasına göz yummayacağını da diqqətə çatdırıb./apa

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026