• Bakı 13° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İran Suriya aeroportlarını bərpa edəcək

DÜNYA

07 May 2023 | 23:12 | Müəllif: Subhan Mahmudov

İran Suriya aeroportlarını bərpa edəcək

İran hökuməti Suriyada hava limanlarını bərpa edəcək.

Bakıvaxtı.az “Tasnim”ə istinadən xəbər verir ki, bununla bağlı iki ölkənin mülki aviasiya təşkilatları arasında saziş imzalanıb.

"Standartlar, təlim və təmir, eləcə də aviasiya xidmət mərkəzləri ilə bağlı məsələlər barədə razılıq əldə olunub. İran birgə işçi qrupun köməyi ilə Suriya hava limanlarını, o cümlədən Dəməşq hava limanını yenidən tikməyə və avadanlıqların quraşdırılmasına hazır olduğunu bəyan edib. Aviasiya sahəsində suriyalı mütəxəssislərin hazırlanması məsələsi üzrə də saziş imzalanıb”, - deyə İran Mülki Aviasiya Təşkilatının rəhbəri Məhəmməd Məhəmmədibəxş deyib.

O bildirib ki, bu saziş İran və Suriya arasında yeni münasibətlər səhifəsi aça bilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026