• Bakı 7° C

    8.18 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

İranda Təcili Yardım Xidmətinin rəisi qətlə yetirildi

DÜNYA

06 Iyun 2023 | 18:11 | Müəllif: Subhan Mahmudov

İranda Təcili Yardım Xidmətinin rəisi qətlə yetirildi

İranın Həmədan şəhərində təcili yardım xidmətinin rəisi qətlə yetirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə şəhərin polis qüvvələrinin komandiri Hadi Nəcəfi bildirib.  

Nəcəfinin verdiyi məlumata görə,  dünən gecə 22:30 radələrində Vəliəsrin Dizic bağlarında baş verən cinayət hadisəsindən sonra, qatil hadisə yerindən qaçıb.

Təqsirləndirilən şəxs bazar ertəsi səhər saatlarında polis əməkdaşları tərəfindən gizləndiyi yerdə saxlanılıb. 

Nəcəfi əlavə edib: “Qatil barəsində cinayət işi açılıb və təqsirləndirilən şəxs münaqişənin səbəb və amilləri ilə bağlı ekspertiza üçün polisə təhvil verilib”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026