• Bakı 17° C

    1.36 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Rusiya XİN Vaşinqton görüşünü ALQIŞLADI

DÜNYA

06 Iyul 2023 | 16:24

Rusiya XİN Vaşinqton görüşünü ALQIŞLADI

“Azərbaycan və Ermənistan arasında Vaşinqtonda keçirilən danışıqlarda əldə olunan irəliləyişi alqışlayırıq”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova iyulun 6-da keçirdiyi brifinqdə deyib.

O bildirib ki, Rusiya regionda gərginliyi azaltmaq üçün Ermənistan və Azərbaycanla əlaqə saxlayır: “Biz həm siyasi müstəvidə, həm də sülhməramlılar vasitəsilə prosesə töhfə verməyə çalışırıq”.

M. Zaxarovanın sözlərinə görə, çox şey tərəflərin özündən asılıdır: “Biz öz tərəfimizdən bütün lazımi addımları atırıq”.

Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan iyunun 27-də Vaşinqtonda görüşüblər. Üç gün davam edən görüş ABŞ dövlət katibi Antoni Blinkenin vasitəçiliyi ilə baş tutub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026