• Bakı 11° C

    0.24 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

150 illik heykəl sındı - FOTOLAR

DÜNYA

05 Avqust 2023 | 12:38

150 illik heykəl sındı - FOTOLAR

İtaliyada alman turistlər video çəkdirərkən 200 min avro dəyərində heykəli sındırıblar. Polis 150 illik heykəli sındıran turistlərdən şikayət edib.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, məqsədləri sadəcə şəkil çəkmək idi. Ola bilsin ki, onlar izləyicilərinə getdikləri yerləri, etdiklərini bir video ilə danışmaq istəyiblər. Ancaq sosial mediada paylaşım həyəcanı ilə kor olan fenomenlərin diqqətsizliyinin nəticəsibdə 150 illik heykəl sınıb. 

Şəkillər İtaliyanın şimalındakı Viggiu şəhərindəndir. Qəsəbənin tarixi villalarından birinə baş çəkən alman fenomenləri qiymətli heykəllə şəkil çəkdirmək istəyiblər. Heykəli qucaqlamaq üçün tarixi fəvvarəyə dırmaşan diqqətsiz turistlərdən biri digərinin yanında ayağa qalxmağa çalışıb.

Dostunun itələməsi nəticəsindəə müqavimətini itirən turist heykəlin üzərinə yıxılıb. Enriko Buttinin 200 min dollarlıq "Domina" adlı 150 illik orijinal əsəri qırılıb.

Villanın meneceri Bruno Qoferini alman turistlərin bunu etdiyini görüb. O, villanı icarəyə götürən 17 alman turistin hamısı ilə bağlı yerli polisə şikayət etdiyini bildirib.

Turistlər təkcə heykəli yox, fəvvarənin plitələrini də zədələyiblər. Qolferini təmirin çətin olacağını bildirdi.

Ay Tac


150 illik heykəl sındı - FOTOLAR150 illik heykəl sındı - FOTOLAR150 illik heykəl sındı - FOTOLAR150 illik heykəl sındı - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR