• Bakı 11° C

    5.04 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Sərhəddə partlayış oldu - 5 dövlət qulluqçusu öldü

DÜNYA

04 Sentyabr 2023 | 12:36

Sərhəddə partlayış oldu - 5 dövlət qulluqçusu öldü

Myanmanın Tailandla sərhəddə yerləşən Myavadi şəhərində hökumət binasında baş verən partlayış nəticəsində azı 5 məmur və təhlükəsizlik işçisi ölüb, 11 hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.

Bakıvaxtı.az AFP-yə istinadən xəbər verir ki, bu barədə təhlükəsizlik xidmətindəki mənbələr bildirib.

İlk iki partlayış polis idarəsi və administrasiyanın yerləşdiyi binada baş verib, lakin heç kim xəsarət almayıb.

Sonra daha iki partlayıcı qurğu işə düşüb, nəticədə 5 nəfər - bir hərbi qulluqçu, iki polis və iki administrasiya əməkdaşı həlak olub. Hüquq-mühafizə orqanlarının 11 nümayəndəsi ağır yaralanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026